Gənc yazar Elşən İsmayılın yeni tarixi pyesi yayımlanacaq

ÇOX TEZLİKLƏ GƏNC YAZAR ELŞƏN İSMAYILIN YENİ TARİXİ PYESİ YAYIMLANACAQ.

Yazarın özündən aldığımız məlumata əsasən, əsərdə 1514-cü ildə Osmanlı və Səfəvi imperatorluqları arasında baş vermiş ÇALDIRAN döyüşü  və ondan əvvəlki hadisələr, müharibənin əsl səbəbi, gizli güclərin oynadığı çirkin oyunlar, iki Türk dövlətinin necə düşmən olması prosesi və digər hadisələr yer alır. Obrazların əksəriyyəti tarixlə əlaqəli olsa da, mövzuya uyğun uydurulan rollar və hadisələr də var. Bu əsərdə gerçəklik və xəyal iç-içədir…

Qeyd: onu da bildirək ki, gənc yazar Türkiyəli izləyiciləri də düşünmüşdür və əsər eyni anda iki dildə yayımlanacaq.

Facebook Comments