“Gələndə səni öpəcəm” dedi, amma gəlmədi- Şəhidin üç yaşlı qızıyla son vidası+FOTOLAR

Vanda qar uçqununa düşərək şəhid olan çavuş Muammer Kəskinin qızıyla vidaşaldığı görüntülər ürəkləri dağlayıb.

Sozcu.az xəbər verir ki, M.Kəskin işə getmədən öncə qızıyla vidalaşarkən bunları deyib: “İşə getməyim lazımdı, atam. İşə getməsəm, o zaman necə çörək yeyərik”. Onun bu sözlərini isə sosial şəbəkədə sinif yoldaşı paylaşıb.

M.Kəskin evdən çıxanda “işə getməliyəm qızım, işləmək lazımdı. Gələndən sonra səni öpərəm, olmazmı?”-deyərək evdən çıxıb və elə həmin gün də şəhid olub. Sosial şəbəkə izləyiciləri isə hadisədən kədərləndiklərini bildiriblər.(Moderator.az)

Facebook Comments