Gecə barmağında olan üzük sabah mədəsindən çıxdı -Maraqlı hadisə

Kaliforniya sakini cinayətkarların əlinə keçməməyi üçün iri brilyant qaşlı üzüyünü təsadüfən udub. Lakin tərslikdən, 29 yaşlı Cenna Evans caniləri gecə kabusunda görüb.

“Mirror”un məlumatına görə, Cenna yuxusunda görüb ki, sürət qatarında gediyi yerdə içəriyə “pis oğlanlar” giriblər. O, üzüyünün ələ keçməməyi üçün onu təcili çıxarıb ağzına qoyub. Lakin reflektor udqunan zamanı üzük qarınına gedib.

Cenna səhər yuxudan oyanıb, üzüyünü barmağında görməyəndə məsələnin nə yerdə olduğunu başa düşüb və nişanlısı ilə birlikdə həkimə gedib.Həkimlər Cennanın hekayəsinə maraqla qulaq asıblar. Xoşbəxtlikdən, onlar problemə ciddi yanaşıblar və rentgendən sonra üzüyü aşkar ediblər.