Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”

31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Bütöv Azərbaycan ideyası daşıyıcısı olan bir qurup gənc Sozcu.az saytına öz fikirlərini bölüşüblər.

“Cümhuriyyət” Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi Əbülfəz Elcibəyin yarımçıq qalmış arzularının gerçəkləşdirilməsi üçün əlimdən nə gəlirsə edəcəyini deyib: “Dünya Azərbaycanlılarının həmrəylik günü” münasibəti ilə xalqımızı təbrik edirəm. Ən böyük arzularımızdan biri Azərbaycanı həmrəy görmək, ümummilli problemlərin həllində onların bir hədəfə vurmasını istəyirik. Biz bir olmadan, həmrəy olmadan problemləri çözə bilməcəyik. Azərbaycanın güneyinin Iran əsarətindən xilas olması üçün, Qarabağın işğaldan azad olması üçün, Azərbaycanda demokratik ənənələrin bərpa edilməsi istiqamətində görüləcək bütün işlər həmrəyliyimizdən, birliyimizdən, vəhdətimizdən aslıdır. 20-ci əsrin sonlarına yaxın Əbülfəz Elçibəyin rəhbərliyi ilə xalqımız bu istiqamətdə ugurlu işlərə imza atdı, uzun illərin ayrılıq, birliyə qarşı inamsızlıq duyğuları birləşmə istəkləri ilə əvəz olundu. Bu istiqamətdə Bütov Azərbaycan Birliyi sistemli, ardıcıl və məqsədyönlü şəkildə işlər görmüşdür. Milli liderimiz Əbülfəz Elcibəyin cismani olaraq bizləri tərk etməsindən sonra BAB-da fəaliyyət zəifləməsi oldu, sonradan heç bir nəzərəçarpaçaq bir fəaliyyəti qalmadi. Son aylarda bu istiqamətdə Ə.Elçibəyin tərafdarlarından, mücadilə yolçularından çağrışlar edilir. BAB-ın fəaliyyətinin geniş şəkildə bərpası ilə bağlı məsələ ortaya qoyulub. Məndə bu istiqamətdə görüləcək bütün işlərə dəstək verirəm,

“Bütöv Azərbaycan Mühafizəkarları Təşkilatının” İdarə Heyyətinin üzvü Rasim Calalov BAB-ın fəaliyyətinin zəifləməsindən narahatlığını ifadə edib: “Milli ideoloji lider Əbülfəz Elçibəy Bütöv Azərbaycan ideyasını təqdim etməklə yanaşı, siyasi mövqelərindən aslı olmayaraq bütövlük tərəfdarı olan aydınlarımızı, fədailərimizi Bütöv Azərvaycan Birliyi (BAB) adlı bir təşkilatda birləşdirmişdir. Əfsuslar olsun ki, Bəy dünyasını dəyişdikdən sonra bu təşkilatın fəaliyyəti zəifləyib, yox dərəcəsinə çatdı. Bəyin sağlıq dönəmində informasiya texnologiyası indiki kimi inkşaf etməmişdir. Bununla belə Əbülfəz Elçibəy BAB-ı dünyaya tanıtdıra bilımişdir.

Təəssüflər olsun ki, ziyalılarımız bu birlik Təəsüflər olsun ki, ziyalilarimiz birlik olub bu təşkilatın canlanmasına səy göstərmirlər. Həqiqətən də bu qədər informasiya axınının geniş olduğu bir zamanda Bütöv Azərbaycanla bağlı vahid ideoloji bir təşkilatın olmaması təəssüf doğurur. Ümid edirəm ki, yaxın zamanlarda ziyalılarımız bu məsələdə bir fikrə gəlib, yenidən BAB-ı öz əvvəlki gücünə qaytaracaqlar.

“Carçı” Araşdırma Mərkəzi İB-in sədri Sərxan Carçı hesab edir ki, Bütöv Azərbaycan sevdalıları eyni bir hərəkatda fəaliyyət göstərməyi arzu etdiyini deyib: “ Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Bizlər millət olaraq təkcə tarixi günlərimizi qeyd etməklə işimizi bitmiş hesab etməli deyilik. Azərbaycan bölünmüş bir xalqdır. Bizlər bunu dünyaya, beynəlxalq təşkilatlara çatdırmaqla yanaşı, ərazilərimizin azad edilib, vahid Azərbaycan dövlətinin varlığını təmin etməliyik. Bunun üçün ciddi bir təşkilata ehtiyacımız var. İranda başlayan hərəkat din adı altında fəaliyyət göstərən bu dövlətin bölünəcəyini göstərir. Xalq artıq ayaqdadır və hətta bu günə qədər toxunulmaz şəxs elan edilən ali dini rəhbərin istüfasını tələb edir. Xalq artıq şovnizmin alətinə çevrilən bir dini sistemin varlığından boğaza yığılıbdır. Müstəqil Azərbaycan İranda baş verəcək hadisələrə hazır olmalı, lazım olan anda həm dövlətimizin təhlükəsizliyini, həm də orda azadlıqları uğrunda mücadilə aparan soydaşlarımızın yanında olmağı bacarmalıdır. Hesab edirəm ki, Əbülfəz Elçibəyin yadigarı olan Bütöv Azərbaycan Birliyi özünün fəaliyyətini bərpa edib, əvvəlki gücünü qaytararsa, ideya hədəflərimizə doğru daha ciddi yürüyərək nailiyyət əldə edə bilərik. Ziyalılarımızı, gənclərimizi, Bütöv Azərbaycan ideyası uğrunda fərd olaraq mübarizə aparan hər bir insanı BAB-ın fəaliyyətinin güclənməsinə dəstək olmağa çağırıram .

Bütöv Azərbaycan Ocaqlarının üzvü Zəka Sahib, Azərbaycanın Bütövlüyü uğrunda mübarizənin ən müqəddəs əməl olduğunu qeyd edərək, hər kəsi bu mübarizədə ön cərgədə olmağa səslədi: “Bütövlük anlayışı özü-özündə vacib olmaqla yanaşı müqəddəs bir amaldır. Ölkəmizin mövcud vəziyyətlərdən çıxış yolu yalnız bütövlük mübarizəsidir, bu yolun qələbəsi bir qədər uzaq məsəfədə olsa da daha realdır. Azərbaycanın Güneyində baş verən proseslər də bunu göstərir ki,ölkəmiz bütövləşməyincə hər zaman təzyiq altında olacaq, Qarabağın işğaldan azad olunması üçün İran və Rusiya kimi ölkələrin gücü zəifləməlidir, bötövlük davası Bütöv Azərbaycan ərazilərini əhatə etdiyi üçündə bu ərazilərdə üç rəngli bayrağımız dalğalanmalıdır. Milli liderimiz Əbülfəz Elçibəyin zamanında Bütöv Azərbaycan Birliyi aktiv fəaliyyət göstərirdi. Təssüf ki, Bəy dünyasını dəyişəndən sonra bu təşkilatın fəaliyyəti zəifləyib Hazırda üzv olduğum Bütöv Azərbaycan Ocaqları eyni prosesi aparır. Hazırkı durumda ictimai siyasi şəxslərin Bütöv Azərbaycanla bağlı təşkilatlarda birləşməsi daha doğru olardı, biz millət olaraq gələcək üçün özümüzü hazırlamalıyıq, Əbülfəz Elçibəy deyirdi ki, İran dağılacaq və biz buna hazır olmalıyıq ki, dağıntlar altında qalmayaq.Elə bu prinsipi əsas götürərək qarşıdan gələn proseslərə hazırlaşmalıyıq. Sizin saytın tribunasıdan istifadə edərək 50 milyonluq Azərbaycanlıları həmrəylik günü və yeni il münasibəti ilə təbrik edirəm. Ötən il ən yadda qalan və sevindirici oy Kərkükdə komandan Ərşad Salehinin rəhbərliyi ilə müqqədəs torpağımızdan kürd silahlılarının qovulması oldu, mən tam inanıranki Azərbaycanın Güneyində mübariz qardaşlarımız bu prosesi aparacaq, fars şovinizmini diz çökdürəcəklər.Bundan əlavə biz Gürcüstanda yaşayan soydaşlarımızı da da unutmamalıyıq.

Sozcu.az saytının təsisçisi Elşən Əlisoy bildirib ki, Bütöv Azərbaycan İdeyası daşıyıcısı olan insanların fərdi birliyini də təmin etmək lazımdır: “Son günlər İran deyilən yerdə baş verən hadisələr və bu hadisələr haqqında informasiyaları kənar dövlətlərin mətbuat orqanlarından əldə etməyimiz onu göstərir ki, 40 milyondan çox Azərbaycan türkünün yaşadığı İrandan dəqiq informasiya əldə etmək imkanlarımız belə çox zəif bir vəziyyətdədir. İdeoloji məsələlərlə, o cümlədən Bütöv Azərbaycanla bağlı fəaliyyət göstərən ciddi bir təşkilatın olmaması hər addım başı özünü göstərir. Milli liderimiz Əbülfəz Elçibəy Bütöv Azərbaycan məsələsini ortaya qoyanda, tək fikirlə kifayətlənməyərək, BAB adlı güclü bir təşkilat quraraq millətin xidmətinə verdi. Əbülfəz bəyin sağlığı dövründə BAB təkcə dəyirmi masalar, diskussiyalar təşkil etməklə işini bitirmirdi. O zaman BAB həm də Güney Azərbaycanda mübarizə aparan insanlarla ciddi təmaslar quraraq, orda baş verən hadisələrə istiqmət verə bilirdi. Bu gün Bütöv Azərbaycan məsələsi ilə məşğul olan kiçik quruplar olsa da, ciddi bir təşkilatın ortaya qoyulmasına ehtiyac var. Təşkilat isə var, sadəcə onu hərəkətə gətirmək lazımdır. Mən hesab edirəm ki, Azərbaycan üçün çox ciddi bir imkanlar yaranıbdır. İranda baş verən hadisələr göstərir ki, artıq fars şovnizminin sonu yaxınlaşır. Unutmayaq ki, İran adlanan yerdə tək Azərbaycan türkləri öz müqəddaratı uğrunda mübarizəyə qalxmayacaq. Əlverişli şərait yetişdikdə, orda yaşayan bir çox millətlər çökməyə məhkum olan dövlətdən özləri üçün qazanc əldə etmək uğrunda mübarizəyə qalxacaqlar. Həmin gün Azərbaycan türkləri gerdiə qalmalı deyillər və həm azadlıqları uğrunda, həm də torpaqlarının itirilməməsi uğrunda mübarizəyə hazır olmalıdırlar. O zaman isə güney Azərbaycanın umacağı dövlətlər Azərbaycan və Türkiyə olacaq.

Mən bir daha qeyd etməyi vacib bilirəm ki, BAB dirçəlməli və prosesləri nəzarətinə götürməlidir. Bu gün ən vacib məsələ Bütöv Azərbaycan ideyası daşıyıcıları olan insanları eyni təşkilatda birliyini təmin etməklə, həm də bu insanların fərdi birliyini təmin etmiş olarıq.

Cabir Turan

Facebook Comments