Gənc marketinq meneceri Ülvi Günəşlinin ölkə başçısı İlham Əliyevə müraciət

Gənc marketinq meneceri olan və yaxın gələcəkdə peşəkar biznes idarəçisi olmağı hədəfləyən Ülvi Günəşli, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə ölkəmizin iqtisadiyyatının daha sürətli inkişaf etdirilməsi məqsədi ilə yeni bir qurumun yaradılmasını təklif edib. Müraciətin formasını aşağıda qeyd edirik.     Azərbaycan Respublikasının prezidenti zati-ailələri cənab İlham Heydər oğlu Əliyevə

     Ağsu rayon sakini Günəşli Ülvi İlqar oğlu tərəfindən

                                                      Müraciət.

Möhtərəm cənab Prezident.

Siz müstəqil və suverən Azərbaycanın qurucusu, ömrünü Azərbaycanın dövlətçiliyinə, xalqın rifah halının yüksəldilməsinə həsr etmiş və nəticədə bizim üçün dünyada öz yeri, öz gücü olan qüdərtli bir ölkəni ərsəyə gətirmiş, dünya şöhrətli siyasi xadim, xalqımızın qəlbinə, dövlətimizin  tarixinə adı Xalqın Xilaskar Lideri Heydər Əliyev olaraq yazılan dahi şəxsiyyətin oğlu, həmçinin siyasi kursunun layiqli davamçısı olduğunuz üçün bu gün biz müasir Azərbaycanda sülh və xoşbəxtlik içində yaşayırıq.

Möhtərəm cənab Prezident,

2003-cü ildən bu günədək imzaladığınız sərəncamların icrasının, yaratdığınız bir sıra dövlət qurumlarının uğurlu fəaliyyətlərinin, aparılan ciddi islahatların, Ölkə Başçısı və Ali Baş Komandan olaraq yürütdüyünüz alqışalayiq daxili və xarici siyasətin nəticəsində ölkəmiz müasir dünyanın diqqət mərkəzində olan bir ölkədir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi iqtisadiyyat sahəsində də geniş inkişaf vardır. Bu gün sahibkarlarlıqla məşğul olan insanlar daha rahat və səmərəli fəaliyyət göstərirlər. Sahibkarlıqla məşğul olmaq istəyən insanlara da dövlət tərəfindən istənilən sahədə güzəşt və dəstək vardır. Lakin qeyd edim ki, bu gün sahibkar olmaq istəyən, müxtəlif sahələrə aid biznes layihələri yaxud elmi və texnoloji ixtirası olan insanların bir hissəsidə var ki, bu insanların Mələk Yatırımcılara ehtiyacları var. Onuda qeyd edim ki, bu insanlar əsasən gənc insanlardır ki, onlarda öz biznes layihələrinin ərsəyə gətirilməsini arzu edirlər. Təəssüflə qeyd edirəm ki, bu gün ölkəmizdə Mələk Yatırımcılar birliyi yoxdur.

Möhtərəm cənab Prezident,

Mən biznes sahəsində səkkiz illik təcrübəyə malikəm və bir neçə sənaye tipli biznes layihəm var. Lakin mənimdə bir çox gənclər kimi bu layihələrimi icra etmək üçün kreditə deyil, Mələk Yatırımcı dəstəyinə ehtiyacım var. Elə bu ehtiyacdan doğan daha bir layihə planlaşdırıb hazırlamışam. Bu layihəmin əsas məzmununu Sizə təklif edirəm. Layihə təklifim ondan ibarətdir ki, dövlət dəstəyi ilə bir qurum yaransın. Bu qurumun əməkdaşlarının fəaliyyəti ondan ibarət olsun ki, ölkəmizdə fəaliyyət göstərən, göstərmək istəyən yerli və xarici investorlarla əlaqələr yaratsın, onların investisiya yatırmaq istəyində olduğu sahələri təyin etsin və investorları quruma müraciət edərək investor axtaran şəxslərlə əlaqələndirsin. Beləcə biznes sahəsində inkişaf etmək istəyən və hansısa elmi, texnoloji ixtiraları olan insanlar, öz layihələrini bu qurumun vasitəçiliyi ilə Mələk Yatırımcılarla birgə ərsəyə gətirmiş olacaqlar. Bununla ölkəmizdə biznes sahəsi dahada genişlənmiş olar. Şirkətlər arası rəqabət artar, istehsal və ixrac potensialı genişlənər, yeni-yeni iş yerləri açılar ki, buda ölkə iqtisadiyyatının daha sürətli və dayanıqlı inkişafına səbəb olar.

   ” İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.”-Ulu Öndər Heydər Əliyev.

Möhtərəm cənab Prezident,

Sizə təqdim etdiyim layihənin icrasına dövlət başçısı olaraq göstəriş verəcəyiniz halda layihə rəhbəri olaraq və yaradılacaq sözügedən qurumunda rəhbərliyini tam məsuliyyətimlə icra edə bilərəm. Ümid edirəm ki, iqtisadiyyatımızın gücləndirilməsinə dəstək məqsədi ilə hazırlayıb sizə təklif etdiyim bu layihə sizin göstərişinizlə yaradılacaq və öz müsbət nəticəsini göstərəcək.

   Hörmətlə Günəşli Ülvi İlqar oğlu.

 

Əlaqə +994 70 531 66 27.