Gəncədə evdən 44 yaşlı kişinin meyiti tapıldı

Gəncə şəhər sakini Cavid Məmmədov evində ölü vəziyyətdə tapılıb.

Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü C.Məmmədovun üzərində ilk baxışdan zorakılıq əlamətləri olmasa da, meyit tibbi ekspertizaya göndərilib.

C.Məmmədovun həmin ünvanda tənha yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır (Report).