“Futbol+”in aksiyasına polis müdaxiləsi – İki nəfər saxlanıldı

KİVDF-nin bir neçə qəzetlə əməkdaşlığı dayandırdığını, bu qəzetlərin içərisində “Futbol+”in də olduğunu xəbər vermişdik. Bu gün “Futbol+” kollektivi KİVDF-nin qərarına etiraz olaraq növbəti dəfə aksiya keçiriblər.

Sozcu.az xəbər verir ki,Komanda.az-ın aksiyanı işıqlandırmaq üçün ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qəzetin kollektivi İçərişəhər metrosunun qarşısında toplaşaraq, Prezident Aparatanın qarşısına yürüş etmək istəyib, amma onların bu istəyi baş tutmayıb. Müdaxilə edən polislər aksiya üzvlərinin prezident aparatanın qarşısına getməsinə mane olub və onları uzaqlaşdırıblar. Sadəcə, iki nəfərə – baş redaktor və redaktora prezident aparıtına getmək üçün icazə veriblər.

Bundan başqa, polis işçiləri aksiyanı işıqlandırmaq istəyən iki jurnalistə qarşı zorakılıq göstərərək, bölməyə aparıb.

“Futbol+” 1997-ci ildən işıq üzü görür.