Fuad Qəhramanlıdan ReAl Partiyası ilə bağlı SƏRT AÇIQLAMA

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Fuad Qəhrəmanlı bir qrup deputatlığa namizədin Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasının qarşısında keçirilən aksiyada pərakəndəliyə görə ReAl Partiyasını ittiham edib.

Sozcu.az-ın xəbərinə görə, F.Qəhrəmanlı deyib ki, mitinqin təşkilatçısı olan partiyalar təşkilati baxımdan heç bir hazırlıq işi görməyiblər: “Bu günkü aksiyanın baş tutmamasının əsas səbəbi aydındır ki, iqtidarın polis zorakılığı ilə bağlıdır. Bu zorakılığı qətiyyətlə pisləyirik və saxlanılanların dərhal azad edilməsini tələb edirik. Ancaq bununla bərabər, təəssüflə qeyd edirik ki, aksiyaya həm də, ona görə alınmadı ki, mitinqin təşkilatçısı olan partiyalar təşkilati baxımdan heç bir hazırlıq işi görməmişdilər. Hətta vəziyyət, o, qədər bərbad idi ki, mitinq elan edən partiyaların rəhbərliyi səviyyəsində, son ana qədər belə, mitinqə çağrış edilmədi. Niyə? Cavabı özləri versinlər. Əgər sən, insanları mitinqə çağırmırsansa, o zaman, sonra çıxıb baş tutmayan aksiyaya görə xaqı necə günahlandıra bilərsən?

Belə göründü ki, ReAl rəhbərliyi və digərləri bu mitinqi “saxtakarlıq olsa, xalqı meydana çağıracağıq” vədinin məsuliyyətindən yaxa qurtarmaq üçün “xala xətrin qalmasın” deyə təyin etmişdilər. Xalq bir yana dursun, heç ReAl-ın öz namizədləri belə ortada görünmədilər.

Hətta, ReAl bu situasiyada, o qədər panikaya qapıldı ki, nə Natiq Cəfərli, nə də ki, Erkin Qədirli İlqar Məmmədovun saxlanılmasını belə pisləmədilər. Sadəcə onu demək kifayətdir ki, öz liderlərinin polis tərəfindən saxlanılmasını pisləyə bilməyənlərin, xalqa onun səsini qoruyacağı vədi verməsinə cəmiyyət də ciddi yanaşmır”.

Facebook Comments