Fuad Qəhramanlının qızını döyüblər – VİDEO

Bu gün Elmlər Akademiyası metrosunun yaxınlığında AXCP sədrinin müavini Fuad Qəhramanlının qızına hücum edilib.

Sozcu.az xəbər verir ki. bu barədə Fuad Qәhrәmanlının hәyat yoldaşı, yazar Zümrüd Yağmur məlumat verərərək, bunları deyib:

“Xatırlayırsınızsa, bir neçə gün əvvəl 14 yaşlı qızım Elina Hacıyevanın anım gününü təşkil etmişdi. Həftənin ikinci günü məktəbə gedərkən təqib edilib və məktəbdən çıxarkən də eyni adam tərəfindən arxadan təqib edilərkən, maşınla da qabağı kəsilib. Bu gün isə Elmlər metro stansiyası yaxınlığında bu şəxs tərəfindən önü kəsilib, təhqir olunub və döyülüb (başına və burnuna zərbə alıb). Buyurun baxın idarə etdiyiniz ölkəyə. Sizin trollarınız artıq insanlara küçədə saldırır. Dünənə qədər virtual olan trollarınız indi küçələrə tökülüb. Bu şəxs Elinanın adını çəkərək feministləri təhqir edib, Sənaydan Mehriban Əliyevadan üzr istəməyi tələb edib.

Qeyd edim ki, bu videonun yarısıdır. Qızım yarım saata yaxın küçədə təhqir və təyziqə məruz qalıb”.