Fuad Muradov 3 milyon 500 min manatı necə xərcləyib?

“Ötən il lobbi quruculuğu üçün 3 500 000 manat xərclənib, amma hələ də diaspora kimi formalaşa bilmirik. ABŞ-ın Nyu York şəhərində bir neçə Azərbaycan cəmiyyəti fəaliyyət göstərir, Vaşinqton kimi önəmli yerdə təşkilatlanma hələ də yoxdur. Görəsən bu vəsait nə üçün xərclənir? Odur ki, bu müraciəti xaricdə yaşayan azərbaycanlılara ünvanlayıram. 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanunda göstərilir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği və digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlər həyata keçiriləsi və dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin saxlanılması məqdədilə 3 500 000 manat vəsait xərclənib. Bu vəsaiti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi layihələrin və Komitənin tabeliyində olan Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyələşdirilməsinə yönəldib. Sizlərin bu fəaliyyətlərdən xəbəri varmı? Bu vəsait necə bölüşdürülür və kimlər bundan faylanır? Xahiş edirəm, məlumatlı şəxslər fikirlərini yazsın. Mən 3 ildir ki, ABŞ-da yaşamağıma baxmayaraq, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin heç bir layihəsinə cəlb olunmamışam, Azərbaycan Diasporuna Dəstək Fondundan yardım almamışam”.

Sozcu.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

“Siz necə layihələr almısınızmı? Sizə Fonddan dəstək verilibmi? Hazırda xaricdə qalıb vətənə qayıda bilməyən tələbələrə Azərbaycan Diasporuna Dəstək Fondundan vəsait ayrılırmı? Suallar çoxdur. Odur ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 3 milyon 500 min vəsaitin necə bölüşdürülməsinə dair açıqlama versə, bilərdik ki, bu vəsaitlər harda və necə xərclənib” – Q.İbadoğlu vurğulayıb.

Qeyd: Komitənin sədri Fuad Muradovdur.

Facebook Comments