Fuad Abbasovla bağlı sensasion iddia: Qurban Məmmədovun güdazına gedib

Mühacir jurnalist Fikrət Hüseynli Rusiyada həbs olunan həmkarı fuad Abbasovla bağlı sensasion xəbər paylaşıb.
Sozcu.az xəbər verir ki, o, bu haqda Rusiyadakı mənbələrdən məlumat aldığını deyib.

F. Hüseynli bildirib ki, Fuad Abbasov Qurban Məmmədovun güdazına gedib: “Qurban Məmmədovun Azerifreedom kanalına yardım kampaniyasına qoşulduğu üçün Fuad Abbasov hakimiyyətin qəzəbinə gəlib.

Frenk Elkoponinin də ona acığı tutması bununla bağlı imiş. Ümumiyyətlə, Azerifreedoma yardım kampaniyası və Rusiyadan Londona pulların göndərilməsi Moskva polisinin də diqqətindən yayınmayıb. Yəni, Fuad Abbasov Qurban Məmmədovun güdazına gedib və müdafiəsiz qalıb. Bəlkə də bu oyunda həll edici fiqurlardan biri Qurban olub”.(Yeni Sabah)