Fuad Əliyev Azərbaycan xalqını təbrik edir

Fuad Əliyev AXC-nin yaranmasının 30 illiyilə bağlı Azərbaycan xalqını təbrik edir

Təbrik məktubunda deyilir:

Azərbaycan Xalq Cəbhəsi (AXC) Azərbaycanın yenidən istiqlaliyyət, müstəqilliyinə qovuşmasında xalqla birlikdə mücadilə edib. Bu mücadilənin nəticəsində Azərbaycan mövqeyini, mübarizliyini, əzmkarlığını bir daha dünyaya bəyan edib.

AXC Azərbaycan xalqına azadlıq yolunu göstərdi və bu yolla inamla addımlamağa Azərbaycan gəncliyinə tövsiyə etdi. AXC 1992-ci ildə ölkədə hərbi, sənaye, iqtisadi, təhsil və digər sahələrdə təkrarolunmaz islahatlara imza atıb. AXC-nin bir illik hakimiyyəti dövründə qəbul edilən qərar, sərəncam və fərmanlar yalnız xalqın, millətin gələcəyinə, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin möhkəmlənməsinə yönəlib.

Bir daha istiqlalçılarımızı 30 illik yubileyləri münasibətilə təbrik edir, Azərbaycannın bütövləşməsi, qüdrətlənməsi, demokratiyanın bərqərar olunması, torpaqlarımızın işqaldan azad olunması yolunda həmrəy olmağımızı arzulayıram.

Hörmətlə,
Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri