Frenk Elkaponi köçkünlərin xatirəsində…

Elgün Gəncimsoy

Çadır şəhərciyində yaşayırdıq. Bərdə rayonunda yerləşən “Ərəb-1” şəhərciyində…

Hamı işsizdir… Bir həftə şəkər bir həftə qənd olmurdu. Geyim kecimdən söz gedə bilməzdi… Futbol üzrə Azərbaycan çempionatının birinci divizioynunda çıxış edən komandalar kimi sezon sonuna qədər xəyalla, sezon sonundan sonra xəyal qırıqlığı yaşayırdı hərkəs… Yəni yüksəlmək – Maddi vəziyyəti düzəltmək olmurdu…

12 yaşım var. Səhər oyanıb məktəbə yollanırdım. Baxdım ki hər kəs çadırımızın qarşısında dayanan köhnə və işləməyən “ZİL-131” -in üzərinə şəkil vurulmuş şəkilin başına toplanıb. Şəkilin altında Fred Alkaponi yazılmışdı. Dedilər kişi köçkünlər üçün iş yeri açır. Xeyli insan işləyəcək açılan fabrikdə.

Elə də oldu…

Bir neçə gün sonra tikinti işi başladı. Qonum-qonşu hamısı tikintidə işləməyə getdi. Adam zavodun tikintisinə də köçkünləri cəlb etmişdi. Özü də yüksək maaş verirdi. Hər ailənin ümidi idi o tikilən müəssisə…

Sonra bir “buğanaq” qopdu. “Şimal” mı deyək, “qərb” mı deyək, “gündəlik” mi deyək… – bir “külək” hər şeyi alt-üst elədi. İş dayandı… Dayanan iş özü ilə bərabər insanların ümidini də dayandırdı…

Dedilər ki: “Kişini küstürdülər o da çıxıb getdi…”

Həqiqətən elaydi. Sanki kimmlərsə məqsədə uyğun görmürdü didərginlərin işlə təmin olunmasını. Bu heç…

Həmin tarixdən illər keçsə də bir çox daxmada Füzuli Məmmədovun şəkilləri asılmışdı. Heç kim itirmək istəmirdi onun bir neçə ay verdiyi çörəyi…

Bax həmin Füzuli Məmmədovdur ki yenə uyğun zamanda ortaya çıxdı və Vətən üçün sağlamlığını qurban verən qardaşlarımıza əl tutur.

Sözüm “Mustafası” ondan ibarətdir ki həmin illərdə olduğu kimi yenə Fred Alkaponi haqqında bəzi təxribatlara əl atılır. Ümid edirəm bu dəfə niyyətləri baş tutmayacaq və Füzuli Məmmədov öz xeyriyyə əməllərini davam etdirəcək.

Sozcu.az