Fransada “sarı jiletlər” aksiyasının 20-ci aktı başlayıb- Parisin mərkəzində toplaşmaq qadağan edilib

Fransada “sarı jiletlər” etiraz aksiyasının 20-ci aktı başlayıb.
Sozcu.az xəbər verir ki, Fransanın Ruan, Tuluz, Bordo kimi bir çox şəhərlərinin mərkəzlərində nümayişin qadağan edilməsinə baxmayaraq, aksiyaçılar etirazlarını davam etdirirlər.

Parisin mərkəzində aksiya qadağan edildiyi üçün 20-ci akt çərçivəsində nümayişçilər “Şərq vağzalı”ndan mərkəzdə yerləşən Tokadero meydanına yürüş keçirəcəklər.

Aksiyaçılar sosial şəbəkələrdə 20-ci aktın mərkəzi kimi Avinyon şəhərini seçərək, nümayişçiləri səfərbər olmağa səsləyiblər. Voklüz prefekturası bu çağırışlardan sonra xəbərdarlıq edərək, bütün nümayişlərə qadağa qoyub.

Bordo şəhərində mer Nikola Floryan “ölü şəhər” çağırışı edərək, əhalini və ticarət işçilərini şəhərə çıxmamağa səsləyib.(Strateq.az)