Fransada partlayış: yaralılar var – Makrondan ilk reaksiya

Fransanın Lion şəhərində partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayış nəticəsində 7 nəfərin yaralandığı bildirilib.

Ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.

***

Partlayışın çörək sexinin qarşısında baş verdiyi bildirilib.

Qeyd edilir ki, partlayışda 8 nəfər yaralanıb. Bundan əlavə, Fransa Prezidenti Emmanuel Makron partlayışla bağlı açıqlamasında hadisəni “hücum” adlandırıb.