Fransa Türkiyəyə qarşı buna görə kinlidir – Ağar

Fransanın Afrika və Liviya ilə bağlı 500 milyard dollar gəlir əldə etmək planları var idi.

Sozcu.az xəbər verir ki, bunu terrorizmlə mübarizə üzrə mütəxəssis, məşhur türk hərbi ekspert Abdullah Ağar deyib.

“Fransa bununla bağlı planlarını işə salıb rahat hərəkət edəcəkdi. Ancaq Bu ölkənin planlarını yekunlaşdıracağı an Türkiyənin Liviya hökuməti ilə razılıq əldə etməsi hər şeyi məhv etdi. Anlaşmadan sonra Tripolidə gedişatın dəyişməsi və paytaxtın muzdlulardan təmizlənməsi Fransanın bütün planlarını alt-üst etdi. Fransanın Türkiyəyə qarşı bütün qəzəb və kini bundan irəli gəlir”, – ekspert bildirib.

Facebook Comments