Fransa Ərdoğanı dəstəkləyən şəxsi rədd etdi

42 ildir Fransada yaşayan Murad Böyük adlı Türkiyə vətəndaşı Ərdoğanın fotosunu paylaşdığı üçün Fransada vətəndaşlıq ala bilməyib.

Sozcu.az xəbər verir ki, bu barədə “Yeni Akit” məlumat yayıb. Məlumata görə, M.Böyük vətəndaşlıq üçün müraciət etdiyi qurumdan “Ölkənizə olan siyasi bağlılığınız sübut edildi, Fransaya sadiqliyiniz zəmanət altında deyil”, – deyə cavab alıb.

Qeyd edək ki, M.Böyük sosial media hesablarında tez-tez Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu və onu dəstəkləyən fikirlərini paylaşır.(Axar.az)

Facebook Comments