Fransa gərginliyi artırır, nəticəsi olmayacaq – Akar

Fransa Şərqi Aralıq dənizində nə NATO, nə də Avropa Birliyini təmsil etmək səlahiyyətinə malikdir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar çıxış edib.

Fransanın minlərlə kilometr məsafədən gələrək bəzi məsələlərdə prinsip və iddialardan bəhs etdiyini söyləyən Fransa bütün bunların uyğunsuz olduğunu və qəbuledilməz hesab etdiklərini bildirib:

“Fransa bölgədə hərbi varlığını gücləndirməklə gərginliyi daha da artırır. Bu üslub düzgün deyil, nə sülhə, nə də dialoqa xidmət edir. Fransanın təşəbbüsü duyğusalcasınadır, buna görə də heç bir nəticə verməyəcək”.

Facebook Comments