Əfqanıstandakı müharibədə 14 il ərzində 26 min uşaq həyatını itirib- STATİSTİKA…

Müharibənin uzun illərdir ki, hökm sürdüyü Əfqanıstanda hər gün orta hesabla 5 uşaq həyatını itir və yaralanır.

Sozcu.az xəbər verir ki, “Save the children” (Uşaqları qoruyun) Birləşmiş Millətlər Təşkilatının məlumatına görə 2005 və 2019-cu illərdə Əfqanıstanda müharibə zamanı 26 min uşaq dünyasını dəyişib və yaralanıb. Yardım təşkilaları uşaqların gələcəyini qorumaq üçün Əfqanıstana iqtisadi yardım göstərən ölkələrə çağırış edib. Əfqanıstanda dayandırılan sülh danışıqları və ABŞ əsgərlərinin geri çəkilməsindən sonra ölüm halları artıb.

“Save the Children” təşkilatının açıqlamasına görə 2019-cu ildə 874 uşaq öldürülüb. Əfqanıstan buna görə uşaqlar üçün ən təhlükəli 11 ölkə arasındadır. Təşkilatın hesabatına görə 2019-cu ildə dünya müharibələrində ölən və yaralanan uşaq sayında böyük bir artım var. Hesabata görə 2019-cu ildə 874 əfqan uşağı öldürülüb və 2275 uşaq yaralanıb. Ötən il öldürülən uşaqların üçdə ikisi oğlanlar olub. Uşaqların çoxu toqquşmalar zamanı və ya bomba hücumlarında öldürülüb. Məlumata görə Əfqanıstan hökuməti ilə Taliban arasında ABŞ əsgərləri tərəfindən baş verən qarşıdurmalarda məktəblər də tez-tez hədəf alınır. “Save the Children” 2017 və 2019 arasında məktəblərə edilən 300-dən çox hücum barədə məlumat verib.moderator.az

Facebook Comments