Fövqəladə Hallar Nazirliyi 126 min manatlıq it yemi alır

Fövqəladə Hallar Nazirliyi it yemlərinin satınalınması ilə bağlı keçirdiyi tenderin qalibini elan edib.

Sozcu.az xəbər verir ki, tenderin qalibi “Metro İnvest” MMC olub. Nazirlik satın alacağı məhsula görə MMC-yə 126 min manat pul ödəyəcək.

Bunun müqabilində şirkət 18 kiloqramlıq olan “Large breed” it yemindən 1350 paçka, 15 kiloqramlıq olab “Kids” it yemindən isə 50 paçka nazirliyə təhvil verməlidir.yenisabah

Facebook Comments