“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi – Yenilənib

Bu gün “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

Sozcu.az xəbər verir ki, saat 16:00-da startı verilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisində pilotlar iki saat ərzində Bakı trekində 56 dövrə vurublar.

Bakı şəhər halqasında dünya çempionatının dördüncü mərhələsinin qalibi Almaniyanın “Mercedes” komandasının pilotu Valtter Bottas olub. Finlandiyalı 1 saat 44,757 dəqiqə ilə bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Luis Hemilton (1:44,789) finişə ikinci, İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel isə (1:48,165) üçüncü çatıb.

Günün sonunda “Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B avtoidman həvəskarlarına xoş anlar bəxş edəcəklər. DJ-lərin konsert proqramı səhər saatlarınadək davam edəcək.
Bunlar “Williams”, “McLaren”, “Haas” və “Toro Rosso” komandaları pilotlarının avtoqraf sessiyaları, “Formual 2” yarışı və Cardi B-nin konsert proqramıdır.(Qol.az)