Flora Kərimova Elza Seyidcahandan üzr istədi

Xalq artisti Flora Kərimova həmkarı Elza Seyidcahandan üzr istəyib.

Sozcu.az xəbər verir ki, bu anlar media nümayəndərinin qarşısında baş verib.

O, müsahibə verən Əməkdar artistə yaxınlaşaraq üzrxahlığını belə ifadə edib:

“Sizi başa düşməyənlərin adından üzr istəyirəm. Əsl sənətin qapılarını açıb girdiyinizə görə “Xoş gəldiniz” deyirəm. Doğrusu, gözləmirdim”.

Kərimova Elzanın “Əşyalar” şeirindən çox təsirləndiyini də deyib.(Axşam.az)

Facebook Comments