“Fiorentina”dan 1,5 milyon avroluq yardım

İtaliyanın “Fiorentina” klubu 2018-ci ilin illik hesabatını açıqlayıb.

Sozcu.az yerli mətbuata istinadən xəbər verir ki, A Seriyası təmsilçisi ötən il ölən futbolçusu Davide Astorinin ailəsinə maddi yardım edib.

“Fiorentina” mərhum futbolçunun ailə üzlərinə 1,5 milyon avro bağışlayıb.

Astori 2018-ci il martın 4-də, qaldığı oteldə ürək dayanmasından vəfat edib. O, 2016-cı ildən formasını geyindiyi “Fiorentina”da kapitanlıq da edirdi.(Komanda.az)