Finalı ispanlar idarə edəcək

UEFA Millətlər Liqasında həlledici oyunların hakim təyinatları açıqlanıb.

Sozcu.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyunun 9-da İngiltərə və İsveçrə arasında keçiriləcək bürünc medal uğrunda matçı rumıniyalı Ovidiu Alin Hateqan idarə edəcək.

Eyni gündə oynanılacaq Portuqaliya – Hollandiya finalı isə ispaniyalı referi Alberto Undiano Malyenkoya həvalə olunub.(Qol.az)