Fəxrəddin Manafov: “50 il öncə gördüyüm Cıdır düzü yuxularımdan çıxmır”

“Bu bizim yaddaşımızdır, qanımızdır, tariximizdir… Bu bizim torpaqlarımızdır!”

Bu sözləri Xankəndində anadan olmuş Xalq artisti Fəxrəddin Manafov “Nargis magazine” “Instagram” səhifəsində yayımlanan “Qarabağımız” rubrikasında deyib:

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. Mən xalqımızla fəxr edirəm. Ordumuzla fəxr edirəm. Böyük liderimiz, ali baş komandanımız ilə fəxr edirəm. Hamımız tərəfindən, bütün Azərbaycan xalqı tərəfindən sevilən heyrətamiz vitse-prezidentimiz Mehriban xanım ilə fəxr edirəm”.

Azərbaycan prezidentinin apardığı uğurlu siyasətdən danışan F.Manafov Qarabağ müharibəsinin bizim qələbəmizlə bitəcəyinə inandığını deyib:

“Cənab prezident, siz çox böyük iş görürsünüz. Siz faktiki olaraq, bizim xəyal etdiyimiz torpaqları geri qaytarırsınız. Siz tarix yazırsınız. Azərbaycan Ordusunun əsgərləri, siz çox böyük bir tarix yazırsınız. Sizinlə fəxr edirəm. Qələbə bizimdir! Çünki biz haqq yolundayıq”.

Sonuncu dəfə 50-55 il bundan öncə Cıdır düzündə olduğunu deyən xalq artisti uzun müddətdir o mənzərəni yuxularında gördüyünü dilə gətirib.

F.Manafov böyük şair Arseniy Tarkovskovun şeirini səsləndirib və fikirlərini “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!” ifadələri ilə tamamlayıb.

Facebook Comments