Fergüssonun saqqızı 455 min avroya satıldı Foto

“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Ser Aleks Fergüssonun 2013-cü ildə “qırmızı şeytanlar”la vida oyununda çeynədiyi saqqızın son hissəsi satılıb.

Sozcu.az “The Sun”a istinadən xəbər verir ki, saqqız “Ebay”da 390 min funt-sterlinqə (455 min avro) alınıb.
Satışdan əldə olunan gəlirin “MY”nin xeyriyyə fonduna bağışlanacağı bildirilir.

Qeyd edək ki, şotlandiyalı mütəxəssis 27 il – 1996-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb.(Qol.az)