Fatma Yıldırımın namizəd olduğu seçki dairəsində 7 nəfər geri çəkildi – YAP və ReAl üz-üzə

2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 93 saylı Bərdə şəhər seçki dairəsində 7 nəfər iddiaçı namizədlikdən imtina edib.

Sozcu.az-ın xəbərinə görə, seçki dairəsində 15 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Onlardan 14-ü imza vərəqini götürüb, 8-i imzaları toplayaraq dairə seçki komissiyasına təqdim edib. Namizədliyini irəli sürənlərdən 7-si iddiasından geri çəkilib. Bütövlükdə isə dairədə 8 nəfərin namizədliyi qeydə alınıb.

Hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə namizədliyi irəli sürülən Fatma Yıldırımın da namizədliyi qeydə alınıb. Onun əsas rəqibi namizədliyi qeydə alınan Ərəstun Əli oğlu Baxşəliyevdir. O, ReAl Partiyasını təmsil edir.(Pravda.az)

Facebook Comments