Farslar inqilab, azərbaycanlılar Süleymaniyə əzadarlıq edir – İRANDA DURUM

İranda son durum

Aksiyalar davam edir. Bu gündın İsfahan, Məşhəd və Həmədan şəhərlərində də əhali ayağa qalxıb. Məşhədin imam cüməsi əhalini sakitləşdirmək üçün “bir səhvdi olub, onlar bir gün öləcəkdilər, qəza idi, çox da şişirtməyin” deyib. Çıxışdan qəzəblənən əhali şəhərin imam cüməsinin qərargahına hücum çəkib, şüşələrini sındırıblar.

Azərbaycan şəhərlərində isə Süleymaninin yas mərasimləri keçirilir. Təbriz, Xoy və Ərdəbildə əzadarlıq məclisləri təşkil olunur.

SEPAH-ın mülki geyimliləri əhaliyə güllə atmağa başlayıb. Ölən və yaralananlar var. Əvvəlki aksiyalardan fərqli olaraq, etirazçılar bu dəfə fərqli taktika seçiblər. Onlar kiçik qruplar şəklində güllə atanlara hücum edirlər. İndiyə qədər 5 SEPAH nümayəndəsi öldürülüb. Onlarla SEPAH əsgəri ağır yaralı halda xəstəxanaya aparılıb.

Fikrət Fərəməzoğlu

Facebook Comments