Faiq Ağayeva vəzifə verildi

Xalq artisti Faiq Ağayevə ATV telekanalında vəzifə verilib.
Sozcu.az xəbər verir ki, müğənni kanalda yaradılan Bədii Şuranın üzvü seçilib.

Xalq artisti bu barədə özü İnstagram səhifəsində məlumat verib.

Bu gün ATV telekanalının Bədii Şurası ilk iclasını keçirdi.

“Əsaslı fikir mübadiləsi oldu, yaranmış problemlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməlli təkıiflər səsləndi.

Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığı, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm.” – deyə qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin göstərişi ilə televiziyalarda Bədii Şuraların yaradılmasına başlanılıb.