“Fənərbaxça”dan ilk transfer – rəsmi

“Fənərbaxça” yeni mövsüm üçün ilk transferini edib.

Sozcu.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi ötən mövsüm “Volfsburq”un əvəzedici komandasında oynayan Murat Sağlamı heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalayıb.

Türkiyənin U-21 millisinin üzvünün Almaniya klubu ilə müqaviləsi başa çatdığı üçün “Fənərbaxça” təzminat ödəməyib.(Qol.az)