“Fənərbaxça” aşağı liqaya doğru – yenə uduzdular

Türkiyə Superliqasında 29-cu turun daha bir oyunu keçirilib.

Sozcu.az-ın məlumatına görə, bu mövsüm bərbad çıxışı ilə diqqət çəkən “Fənərbaxça” səfərdə “Alanyaspor”un qonağı olub və 0:1 hesabı ilə uduzub.

21 aprel

“Alanyaspor” – “Fənərbaxça” – 1:0
Qol: E. Karaca, 57

Qeyd edək ki, “Fənərbaxça” 29 turdan sonra 33 xalla 14-cü pillədə qərarlaşıb. “Sarı-lacivərdlilər”i autsayderlər qrupundan cəmi 5 xal ayırır. “Alanyaspor” 41 xalla 5-cidir. Turnir cədvəlinə isə 62 xalla “Başakşəhər” başçılıq edir. İkinci sıradakı “Qalatasaray”ın 59, üçüncü pillədəki “Beşiktaş” isə 53 xalı var.(Qol.az)