Eynşteynin Hitler haqqında yazdığı məktub hərracda satıldı

Məşhur fizik Albert Eynşteynin “Hitlerin çılğınlığı” adlı məktubu hərraca çıxarılıb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində keçirilən hərracda məktub üçün 23 təklif verilib və sonda 134 min dollara satılıb.

Həmin məktubda Almaniyada həyat səviyyəsinin acınacaqlı olmasından bəhs edilir.

Hərracda Eynşteynin 1921-193-cu illərdə yazdığı daha iki məktub da satılıb.