Eyni gündə İKİ PARTLAYIŞ: yaralılar var

Rusiyanın Sankt-Peterburq şəhərində daha bir partlayış baş verib.

Sozcu.az xəbər verir ki, partlayış Mikrobiologiya İnstitutunun binasında qeydə alınıb.

İlkin məlumata görə, institutun laborantı kimyəvi reaktor olan kolbanı əlindən salıb. Bunun nəticəsində partlayış baş verib. Laborant yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bir neçə saat öncə Sankt-Peterburqun Aleksandr Mozayski adına Hərbi Kosmik Akademiyasınnın yerləşdiyi binada partlayış baş vermişdi. Mina partlaması nəticəsində meydana gələn hadisə nəticəsində 4 tələbə yaralanmışdı.(Publika.az)