“Evin, maşının və geyimin ən bahalısı Yusif Mustafayevdədir”

Əməkdar artist Yusif Mustafayev “5/5” verilişinə qonaq olub.

Sozcu.az xəbər verir ki, aparıcı Zaur Kamal müğənninin geyindiyi kostyum qiymətini açıqlayıb. O bildirib ki, Mustafayev geyiminə 2 min manat ödəyib.

“Geyimin, evin, maşının ən bahalısı Yusif Mustafayevdədir” sözlərinə sənətçi belə cavab verib:

“Lap yaxşıdır kostyumum. Mən kiməm ki… Bunun üçün çalışmaq lazımdır. Heç nə asan başa gəlmir. İnsanlar içərisinə çıxırıq, yaxşı görünməliyik. Geyimi sevirəm”.