“Evi, maşını var, kimə nə?” – Fatimə Aysel haqda

“İllərdir səni tanıyıram və necə olduğunu bilirəm. Ən əsası qəlbinə bələdəm. İnşallah, bu qara xətt tez bir zamanda sənin üstündən keçər”.

Sozcu.az-ın məlumatına görə, bu sözləri rəqqasə Fatimə Fətəliyeva müğənni Aysel Əlizadənin ünvanına yazıb. Sənətçi son günlər adı 13 illik ailəni dağıtmaqda, evli kişi ilə münasəbətdə olmaqda hallanan ifaçıya dəstək olub:

“Kiminsə şəxsi həyatına qarışmağa haqqımız yoxdur. Düşünün ki, o, Azərbaycan qızıdır. Bu qədər də zərbə vurmaq olmaz. Kiminsə şəxsi həyatını ortaya çıxarmağa haqqımız yoxdur. Biz şou-biznesin içində ola bilərik, amma bizim də özəlimiz var.

Onun da özəlini bilmirik. Hansı haqla kimisə yarqılayırıq. Evi, maşını var, kimə nə? Bu xanım sənət adamıdır, ala bilməz? Mütlək nəsə olmalıdır? El çəkin bu qızdan. Ən əsası qızın psixologiyasını, ailəsini düşünün. O da kiminsə övladıdır. Yetər. Sənət adamları, məncə belə söhbətlərdə bir olmalıyıq”.

Qeyd edək ki, Aysellə bağlı paylaşım edənlər arasında müğənni Natavan Həbibi də yer alıb.(Axşam.az)