Ermənistanın vəzifəli şəxsinin qardaşı Qarabağda “Artsaxbank” rəhbərinin evini bombaladı…

“Yəqin, tezliklə Xankəndindəki “Artsaxbank”ın yerində “Qarabağbank” olacaq…”

Xəbər verildiyi kimi, dünən Azərbaycanın Xocavənd rayon mərkəzində sülənən erməni sakinlərdən biri digərinin evinə əl qumbarası atıb.

Moderator.az xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, hadisənin təfərrüatları bəlli olub.

“Ermənistan Təhlükəsizlik Şurasının katibinin müşavirinin qardaşı “Artsaxbank” rəhbərinin evinə əl qumbarası atıb”.

“Mediaport”-un yaydığı xəbərdə belə deyilir.
“Dünən Qarabağda qəribə bir hadisə baş verib. Martunidəki “Artsaxbank” rəhbərinin evinə əl qumbarası atılıb. Sonra məlum oldu ki, əl bombasını atan Narek Qəhrəmanyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın müşaviri olan Sevak Qəhrəmanyanın doğma qardaşıdır” – erməni nəşri daha sonra yazır.

P.S. Deməli, düşmənlərimiz bir-birinin canına daraşıb. Yəqin, tezliklə Xankəndindəki “Artsaxbank”ın yerində “Qarabağbank” olacaq…

Facebook Comments