Ermənistanın kəşfiyyat şefi güllələndi – Şok

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın cəsədi bu gün İrəvandakı evində aşkarlanıb.

Sozcu.az xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Xidməti yayıb. Onun cəsədində odlu silahdan açılan atəş nəticəsində yaranan yara izi aşkarlanıb.

“Qraparak” qəzeti Kutoyanın evində boş konyak butulkası və şəxsi tapançası aşkarlandığını bildirib. Hər iki predmetin Kutoyanın cəsədinin yanında olduğu vurğulanıb. Qəzet onun ağızından atəş açıldığını qeyd edib. Kutoyanın son zamanlar depressiyada olduğu vurğulanıb.

Qeyd edək ki, Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilə qədər Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olub. O, bu vəzifəyə təyin edilməzdən öncə Serj Sərkisyanın hüquqi məsələlər üzrə köməkçisi vəzifəsini icra edib.

Kutoyan 1981-ci ildə İrəvanda anadan olub. O, Rusiyanın Rostov Dövlət Universitetində hüquq təhsili alıb.

2019-cu ilin sentyabrında Ermənistanın keçmiş polis rəisi Ayk Arutyunyan evində ölü tapılmışdı. Onun da başında odlu silah yarası qeydə alınmışdı. Arutyunyanın Köçəryanla bağlı cinayət işində əsas şahidlərdən olduğu iddia edilmişdi.

Facebook Comments