Ermənistanda koronavirusa ilk yoluxma qeydə alındı

Ermənistanda ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan sosial media hesabı vasitəsiylə açıqlama verib. O bildirib ki, İrandan gələn 29 yaşlı Ermənistan vətəndaşında koronavirus aşkar edilib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanda onlarla şəxsin koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumatlar yayılmışdı.

Facebook Comments