Ermənistanda könüllü xalq ordusu yaradılması haqda müzakirələr başladı…

“Deyəsən, ermənilər gözlənilən Azərbaycan-Türkiyə gerçək birliyi qarşısında əsl mənada qorxuya düşərək genişmiqyaslı müharibəyə hazırlıq görür…”

Ermənistanda könüllü xalq ordusu yaradılması barədə müzakirələr başlayıb.

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində bildirib.

Məlumatda deyilir:
“Könüllü xalq qoşunları yaratma ehtiyacı, potensial düşmənə layiqli bir cavab vermə ehtiyacından qaynaqlanır.

Xalq ordusu yaradılması layihəsini ictimaiyyətin müzakirəsinə təqdim edib.
“Müdafiə haqqında” qanuna müvafiq dəyişikliklər edilib.

Hazır qanun layihəsində qeyd olunduğu kimi, milis silahlı hücum və ya hərbi əməliyyat zamanı Ermənistanın hərbi müdafiəsində vətəndaşların könüllü iştirakı sistemidir.

Xalq ordusu inzibati bölgüyə görə ərazi prinsipi əsasında fəaliyyət göstərəcək, briqada və batalyonlara bölünmüş hərbi birləşmələrdən ibarət olacaqdır.

Xalq ordusunun ümumi rəhbərliyi yeni yaradılan milis qərargahının köməyi ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi tərəfindən həyata keçirilir.

Sülh və müharibə dövründə birləşmənin rəhbəri (komandiri) yerli özünüidarəetmə orqanının rəhbəridir, İrəvanda isə vitse-merdir.

Xalq qoşunu briqadasının başçısı şəhər icmasının inzibati ərazi dairəsi başçısının müavini, Yerevanda isə inzibati ərazi dairəsi başçısının müavini olur.

P.S. Deyəsən, ermənilər gözlənilən Azərbaycan-Türkiyə gerçək birliyi qarşısında əsl mənada qorxuya düşərək genişmiqyaslı müharibəyə hazırlıq görür…

Facebook Comments