Ermənistan-Azərbaycan sərhədində atışma – Ermənistan tərəfdən üç yaralı var

Martın 30-da Ermənistan tərəfi sərhədin qərb hissəsində Azərbaycan Silahlı Qüvvələrinin diversiya cəhdinin qarşısının alındığı barədə bəyanat yayıb. Bunun nəticəsində iki hərbi qulluqçu və sərhəddə yerləşən Voskevan kəndində 14 yaşında yeniyetmə yaralanıb. Ermənistanın versiyasına görə, Qazax rayonu tərəfindən Ermənistanın üç kəndinə və döyüş mövqelərinə atəş açılıb.

Bunun ardınca Ermənistanın Müdafiə Nazirliyi və XİN-i də bəyanat yayaraq, Azərbaycanı atəşkəs rejimini qəsdən pozmaqda ittiham edib və cavab tədbirləri ilə hədələyib.

Öz növbəsində, Azərbaycanın Sərhəd Xidməti diversiya cəhdi və yaşayış məntəqələrinə atəş açılması haqqında iddiaları təkzib edib. Yalnız Ermənistan tərəfin atəşkəs rejiminin pozulduğu döyüş mövqeləri adekvat cavab atəşi ilə, deyə məlumatda bildirilir.

Sozcu.az

Facebook Comments