Ermənilərin “ərik faciəsi”

Reyhanə ASLAN

“Ərik müharibəsi" nin səbəbkarı tapıldı və o, Moskvada yaşayır”
Bu başlığı ermənilərin saytından götürmüşəm. Görün nə yazırlar:

“Moskvada yaşayan azərbaycanlı faşist Nadir Şəkinski özünün Facebook
səhifəsində Moskva bazarından canlı yayım edərək malların, xüsusilə
əriyin, kimə məxsus olduğunu soruşur, satıcılar: “ermənilərin!” – deyə
cavab verirlər. Sonra video müəllifi bazarı nümayiş etdirir və deyir ki,
burada erməni satıcıları görmür, hamısı onun həmvətənləridir və bu
bazarın yalnız bir hissəsidir. Hətta həmin canlı yayımı “135 min istifadəçi
izləyib və 2000-ə yaxın bəyənmə qazanıb” – deyə vurğulamışlar və əlavə
etmişlər ki, videonun özü ermənilərin və azərbaycanlıların Rusiyada işgüzar
münasibətlər qura biləcəyinə dəlalət etsə də, iki xalqın nümayəndələri
arasında etnik nifrət oyadır. O nifrətin qızışdırıcıları isə Nadir Şəkinski
kimilərdir. Bu bloggerin həmyerlilərini ermənilərə qarşı qoyaraq, faşist
təxribatları təşkil etməsi ilk dəfə deyil. O, hətta öz profilində alman faşisti,
Məmməd-Əmin Rəsulzadənin fotosu üzərinə “Ermənilər bizim
düşmənimizdir” yazmışdır.”

Sizcə, gülünc və faciəvi irad deyilmi?.. Nadir profildəki Rəsulzadənin şəkli
üzərinə nə yazmalıydı? Bəlkə elə yazmalıydı ki, “Dünən Polad Həşimovu
qətlə yetirərək, onun rəsmini dünyanın gözü önündə nifrətlə ayaqlar altda
əzən erməni bizim can dostumuzdur.” Bunumu demək istəyirlər?..
“Food City” bazarının azərbaycanlı sahiblərinin erməni əriklərinə alveri
qadağan etməsinə gəlincə, o boyda milyonlar qazanan bazar sahibləri
Nadirin bir videosuna görə oturduğu kreslonu laxladacaq deyil ha!.. Sürü
təfəkküründən milyonlar qazananlar istədikləri zaman istədikləri fiquru işə
salmağı çox gözəl bacarırlar. Bunun “Qarabağ bizimdir!” – deyib, əsir
götürdükləri azərbaycanlıların orqanlarıyla alver edən, 13 yaslı türk qızının
dərisini soyduğunu gülə-gülə etiraf edən Z. Balayan kimi faşistlərdən
qaynaqlanmadığını demək olarmı?.. Bazar Nadirin videosuna görə malı
baykot edirdisə, niyə bunu illər əvvəl etmədi, yalnız indi, öz bizneslərini
qorumağa çalışanların karına gəlincə, etməli oldu?

Bundan əlavə, əgər bu bir neçə gündə baş verənlərin, ümuniyyətlə bütün
bu münaqişələrin kökündə dayanan faşistləri araşdırsaq, görərik ki, ilkində
başlayan da erməni daşnakçılarıdır. Hələ SSSR-i zamanı,1987-də Parisdə
erməni veteranları assosiasiasının təşkil etdiyi qəbulda erməni akademiki
A.Aqanbekyanın “Mən Garabağın Ermənistana aid olmasını çox istərdim.
Bir iqtisadçı kimi hesab edirəm ki, o, Azərbaycandan çox, Ermənistana
bağlıdır və bu istiqamətdə mən təklif irəli sürmüşəm. Əminəm ki,
M.S.Garbaçovun apardığı yenidənqurma səraitində mənim irəli sürdüyüm
bu təklif tezliklə həllini tapacaq!” – deməsindən başlayır. Eyni iddia 2
sentyabr 1987-ci il tarixində “Literaturnaya qazeta”da Tarix Elmləri Doktoru
S.Mikoyanın ”Yığcam tarixi əraziyə malik “yerli olmayan” millətin böyük bir
qrupunun inzibati cəhətdən nə üçün həmin millətin “yerli” ola biləcəyi
respublikaya deyil, basga bir respublikaya aid olduğunu müzakirə etməyə

ehtiyac var. Sovetin ilk çağlarından izibati ərazi bölgüsündə yol verilən
nögsanlara yenidən baxmaq lazımdır” – deməsi ilə də qaldırıldı və adına
təklif deyib iddia kimi irəli sürdükləri bu məsələni Garbaçov cənabları SSRİ
kostitusiyasının əsaslarını pozaraq, canla-başla, həm də Azərbaycan
əhalisinin qanını içə-çə həll etdi. Yalnız Azərbaycanlılara qarsı olan kini,
nifrəti sinəsinə sığmayan erməni faşistləri Xocalıda və digər ərazilərimizdə
içdikləri qanla kifayətlənmədilər. Onlar ermənilərin sürü təfəkküründən
istifadə edərək, ermənilərə düşmən, özlərinə isə milyonluq sələtənətlər əldə
edən faşistlərdir.

Mətndə,“Bir sıra rusiyalı ekspertlər, hüquqşünaslar və siyasətçilər “Food
City”-də baş verən hadisəni Rusiya qanunvericiliyinin pozulması və etnik
nifrət oyanması kimi qəbul etdiklərindən, hüquq mühafizə orqanları bu
məslələrlə ciddi məşğul olmağa sövq edilsin” deyilir. Bəli, edilsin! Gəl ki,
bütün bu etnik nifrətin hardan gəldiyini görmək üçün kimsənin gözlük
arxasınca sürünməsinə gərək də yoxdur, amma yenə də öz içlərindəki
gözə görünməyən fitnəkarları gözləri önünə gətirmək gərək.

Birinci elə yurdsuz -yuvasız qalan azərbaycanlılardan başlayaq. Rusiyalı
ekspertlər, hüquqşünaslar, siyasətçilər onların ən az sizin qədər kimin
fitnəsinə qurban qetdiyni çox gözəl bilirlər. Hətta N.Nərimanovun Sovet
dövrü, Azərbaycan və Ermənistan sovetləşəndən sonra onlardan birincisi
Zəngəzuru Ermənistanın ayrılmaz hissəsi, ikincisi isə Daglıg Qarabağı
Azərbaycanın ayrılmaz hissəsi elan etdiyini, lakin Zəngəzurla
kifayətlənməyən ermənilərin "dənizdən-dənizə böyük Ermənistan"
yaratmaq eşqiylə illərlə Azərbaycan torpaqlarını ələ keçirmək üçün
hazırladıqları çirkin oyunlarından da xəbərdardırlar.

Millətçi deyiləm, məni yanlış anlamayın, lakin milli hisslərimdən məhrum da
deyiləm. Əgər ərik tapdamaq faşizmdirsə, o zaman ən yaxın keçmişdə
Rusiya-Azərbaycan sərhəddində baş verən hadisələr zamanı şümal-şümal
ərənlərimizi öldürüb ölüsünü yerlə sürüyənlərə nə ad vermək olar?
Bu şəkildə milli hissləri tapdanan bir millət Vətəni üçün niyə ağlamasın
axı?! Biz tarix boyu sülh istəyən bir millətik. Bu gün də istədiyimiz tək şey
öz torpaglarımızda sülhü bərpa etməkdir. Bunun üçün tək bir şey olsa,
yetərlidir. Zəbt olunan ərazilərimiz boşaldılsın. Bu tələbə əməl
olunmayınca, heç bir azərbaycanlının erməniylə alver etməsi doğru deyil.
Azərbaycanın işğal olunmuş ərazilərinin məhsulunu bazarlarda satmaqla
sərhəddə dayanan əsgərlərimizə atılan güllənin pulunu ödəmiş
olmuruqmu?

“Moskvada ərik faciəsi”! Doğrudan da, insan bilmir buna nə ad versin?..
Xocalıya faciə deyə bilməyənlər iki ədəd əriyin tapdanmasını faciə
adlandırır və bunun arxasında Azərbaycanlı faşist axtarır.Yəni ərik gədər
dəyərimiz yoxmu?

Amerikada cəsədini yeni torpağa gömdüyümüz Polad Həşimovun şəklini
ayaglar altında tapdayan faşist deyilmi? Niyə ərik tapdayan faşist olsun?

Vaxtilə hayların başladığı bu münaqişədə, hər iki tərəfi barışığa səsləyən,
ilk dəfə yaylığını ayaqlar altına atan Sosialist Əməyi gəhrəmanı Xuraman
Abbasova da Azərbaycanlıdır axı! Sizcə, onu öz yaylığını hər iki millətin
önündə yerə atmasına nə vadar etmişdi? Faşizm, yoxsa insanlıq hissi?..
Niyə bir erməni qadını “Bizim olmayan torpaqlarda övladlarımızın qanı
boşuna axmasın, torpağı sahibinə, övladlarımızı bizə qaytarın!” – deyib öz
hökumətini barışığa səsləmir? Cavab gün kimi aydındır. Heç bir faşist
anadan faşist doğulmur, anası tərəfindən faşist olur! Bəli, biz haqlıykən,
haqsız duruma düsənlərik.

Biz bəşəriyyətin düşdüyü duruma üzülürkən, “Mənim yeganə Vətənim
planetin özüdür!" – söylərkən, erməni agenturaları bizdən daha çox can
almağı planlaşdırmışlar. Bütün bu olanlar, bütün çılpaqlığıyla bir də onu
göstərdi ki, Azərbaycan yalnız ərazisi ilə deyil, xalqı ilə də işğaldadır.
Millətlər arasındakı münaqişələrin tərəfdarı deyiləm.Ümumiyyətlə, öz
ailəsini pisliklə tanıdan bir nəfərə görə bütöv bir ailəni pis adlandırmağın da
doğru olmadığını düşünürəm. Heç “faşist almaniyası” kəlamını da doğru
sanmamışam həyatım boyu, çünki Hitlerin bəşəriyyətə qarşı açdığı
müharibə almaniyanın deyildi, Hitler faşiminin gipnoz etdiyi hissiyatsızlarllın
müharibəsi idi.

İki nəfər arasında baslayan müharibələr iki yüz minlərin fəlakətinə səbəb
olur… Mussolinin faşizm haqqında söylədikləri barədə düşünün: – "Faşizm
üçün hər şey, bütün sərvətlər dövlətdir. Elə bir dövlət ki, öz hökumətindən
kənar insani və əxlaqi heç bir şey yoxdur və qalan nə varsa qiymətsizdir"
Bu münaqişə "dövlət" adı altında ömürlük hakimiyyət naminə döyüşənlərin
arasındakı ədavətdəndir və bizim münaqişəmiz deyil! Biz münaqişədə yox,
haqq uğrunda müharibədə varıq ancaq.

Nadir Şəkinskiyə gəlincə, o, burda bizim haqq uğrunda döyüşən,
səngərdəki övladlarımızı düşmən gülləsindən qoruyan sıravi əsgərimizdir, –
Azərbaycan əsgəri! Biz azərbaycanlıların vəzifəsi öz əsgərini qorumaqdır
və qoruyacağıq da!

 

Facebook Comments