Ermənilər torpağımızda abadlıq işlərini davam etdirir – Sabah da yeni “prezident” seçəcəklər…

“Bəs biz nə edək; 2-3 il də koronavirusun keçməsini gözləyək, 27 il Lazımı gözlədiyimiz kimi?..”

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim koronavirus pandemiyasına rəğmən mümkün quruculuq işlərini davam etdirirlər.

Sozcu.az xəbər verir ki, Xankəndidəki nəşrlərin yaydığı məlumata görə, inzibati cəhətdən Azərbaycan Respublikasının Xocalı rayonuna aid olan, amma faktiki “Əsgəran rayonunun “Sqnax” kəndi” adlanan Sığnağ kəndində daxili yollar döşənir.

Abadlıq işlərini qondarma rejim və həmin kənddə doğulduğu deyilən “xeyriyyəçi” Arman Akopcanyan tərəfindən maliyyələşdirilir. Ötən il bu “xeyriyyəçi” kəndə yeni içməli su şəbəkəsi də çəkib, yaxın müddətdə isə kənddaxili küçələrin işıqlandırılmasını təmin edəcək…

P.S. Belə getsə, ermənilər sabah, martın 31-də – Azərbaycanlıların Soyqırımı günü qanunsuz “prezident” və “parlament” “seçki”ləri də keçirəcəklər. Bəs biz nə edək; 2-3 il də koronavirusun keçməsini gözləyək, 27 il boş-boşuna Lazımı və Minsk Qrupunu gözlədiyimiz kimi?..

P.S. ATƏT-i Minsk qrupu da ermənilərlə birgə sevinir ki, bəlkə bu pandemiya o torpaqlarda doğulub-böyümüş 40-50 yaşdan yuxarı olan-qalan köçkün qarabağlıların da canını alsın və heç Qarabağı yada salan da olmasın…moderator.az

Facebook Comments