Ermənilər Röyanın mahnısını oğurladılar

Ermənilər bu dəfə Xalq artisti Röya Ayxanın mahnısını oğurlayıb.

Sozcu.az xəbər verir ki, bu haqda müğənni sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, erməni müğənni Sargis Abrahamyan Röyanın “Bəlkə də” mahnısını ifa edib. O, “Youtube” kanalında yerləşdirdiyi mahnıya “Heçel heçel” adını qoyaraq, öz ifası kimi təqdim edib.

Qeyd edək ki, mahnının musiqisi Pərviz Mahmudov, sözləri isə Leyli Erol İsrafilovaya məxsusdur.

Xatırladaq ki, ermənilər bir neçə gün öncə Tunar Rəhmanoğlunun “Səndən insaf dilər yarim” mahnısını da oğurlamışdı.

Facebook Comments