Ermənilər Azərbaycan ordusu ilə Qarabağdakı təmas xəttinə yeni silahlar yerləşdirəcək…

Calal Arutyunyan: “Biz onları döyüşlərdə işlədəcəyik…”

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müdafiə ordusu” üçün işğalçı Ermənistandan yeni silahlar gətiriləcək.

Sozcu.az xəbər verir ki, Xankəndəki erməni nəşrlərinin yaydığı məlumata görə, bu haqda bu gün -martın 31-də keçirilmiş qanunsuz “seçki”lər də iştirak edən Qarabağ “müdafiə ordusu”nun komandanı Calal Arutyunyan danışıb. O bildirib ki, artıq işğalçı ölkənin müdafiə naziri David Tonoyanla bu barədə danışıqlar aparılıb. “Yeni silahlar bu günlərdə gətirilərək təmas xəttindəki mövqelərə yerləşdirəcək və biz onları döyüşdə işlədəcəyik”- C.Arutyunyan belə deyib.

Söhbətin konkret hansı silahlardan getdiyi hələlik açıqlanmır.moderator.az

Facebook Comments