“Erməni soyqırımı” Türkiyəyə qarşı qəzəb üçün istifadə edilir

1915-ci il hadisələri erməni diasporu və bəzi Qərb siyasətçiləri tərəfindən Türkiyəyə qarşı qəzəb yaratmaq üçün istifadə edilir.

Sozcu.az xəbər verir ki, bunu Almaniyada Cənub-Şərqi Avropa və Qafqaz Tətqiqat Mərkəzinin direktoru Kristian Yohannes Henrik deyib.

O bildirib ki, Qərb ölkələrində müxtəlif insanlar tərəfindən tərbiyə edilən anti-islam irqçiliyi mövcuddur:

“1915-1923-cü illərdə erməni dəstələrinin türklərə və müsəlmanlara qarşı törətdikləri qırğınlarla bağlı ciddi sübutlar var. Buna baxmayaraq, xristian dünyası buna səssiz qalır. O dövrün Ermənistan Baş naziri olan Ovanes Kaçaznuni Şərqi Anadoludakı türklərə, kürdlərə və ərəblərə qarşı törədilən hücumları təsdiqləyib. Bunlar Rusiyaya kor inam üzərində qurulub”.

Almaniya Federal Məclisinin 2016-cı ildə “erməni soyqırımı”nı qəbul etmək üçün hərəkətə keçməsi ilə bağlı danışan siyasi ekspert bunu səhv addım olduğu düşünür:

“Siyasətçilər alim deyil. Onlar həqiqəti tapmağa deyil, iqtidarın gücə əsaslanan siyasətini davam etdirməyə çalışırlar”.

Facebook Comments