Erməni separatçılarının “polis”i Qarabağ yollarında yeni postlar yaradacaq…-FOTOLAR

“Dağlıq Qarabağ polisi bütün yollarda yeni nəzarət məntəqələri yaradacaq”.

Sozcu.az xəbər verir ki, “Sputnik Armeniya”nın yazdığına görə, bu barədə şənbə günü Azərbaycan torpaqlarında Rusiya hərbçilərinin qucağında oturmuş separatçı-terrorçu tör-töküntülərinin qanunsuz “polis”inin mətbuat xidməti “Facebook”-da məlumat yayıb.

Qeyd olunur ki, aprelin 16-da qondarma “Qarabağ “polis”inin rəisi polkovnik Artyom Arutyunyan Şuşa-Xankəndi magistral yolunda, həmçinin, Xankəndində-Şuşakənd nəzarət-keçid məntəqəsində olub.

Məlumata görə, Qarabağda Azərbaycan tərəfinin baxış bucağında olan ərazilərinin monitorinqinin gücləndirilməsi planlaşdırılır.

Bundan əvvəl, separatçı-terrorçu xuntanın “daxili işlər naziri” sayılan Karen Sarkisyanın əmri ilə Şuşakənd(“Şoş”) – Dağyurd(“Saruşen”) – Qırmızı Bazar yolu üzərində quraşdırılmış “polis” nəzarət-buraxılış məntəqəsində növbətçilik gücləndirilib.(moderator)

Facebook Comments