Erməni ordusunun hərbçisi güllələndi

Ermənistan ordusunun hərbçisi güllələnib.

Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, Tavuş vilayətinin 38 yaşlı sakini Kartuş Ohanyan “Mersedes” markalı avtomobildə Berd rayonunun 38 yaşlı sakini Narek Məlikyan tərəfindən “İJ” markalı tüfəngdən açılan atəş nəticəsində yaralanıb. O, tibb mərkəzinə çatdırılıb və ona yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, K. Ohanyan Ermənistan ordusunda müqavilə ilə hərbi xidmət keçir.

Facebook Comments