Erməni milyarderlər Qarabağa silah göndərir

Rusiyada yaşayan erməni milyarderlər Samvel Karapetyan və Ruben Vardanyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki qondarma terrorçu rejimi silahla təmin etmək üçün külli miqdarda pul ayırıblar.

Sozcu.az xəbər verir ki, Rusiyanın “Taşir” şirkətinin sahibi Samvel Karapetyan 3 milyon dollar, Ruben Vardanyan isə 1 milyon dollar pul verib.

Qeyd edək ki, oktyabrın əvvəlindən başlayaraq, Ermənistana müxtəlif ölkələrdən mülki təyyarələrlə silah daşınır. Hətta 9 oktyabrda Ermənistan XİN rəhbəri Mnatsakanyanın Moskvada keçirilən üçtərəfli görüşdən geri dönərkən özü ilə hökumət təyyarəsində silah gətirdiyi bildirilir. Hazırda da Mnatsakanya Moskvadadır və onun yenidən silah yükü ilə qayıdacağı ehtimalı yüksəkdir.

Facebook Comments