Ermənistanın eks-kəşfiyyat şefi partiya yaradır

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan yeni partiya yaradır.

Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb.

Məlumata görə, Vanetsyan yeni partiyasının adını yaxın zamanlarda açıqlayacaq. Qəzet öz mənbəsinə istinadən bu partiyanın adının “Şərəf duyuram” olacağını iddia edib. Bununla belə hazırda partiyanın özəyinin formalaşdırılması istiqamətində aktiv fəaliyyətin aparıldığı vurğulanıb.