Ermənistanda atışma:3 ölü, 5 yaralı

Oktyabrın 4-də gecə saatlarında Ermənistanı Lor vilayətinin Vanadzor rayonunda silahlı insident baş verib.

APA-nın verdiyi məlumata görə, gecə saat 23.55 radələrində şəhərin Miçurin küçəsində evlərdən birinin zirzəmisində güllə yarasından ölmüş 1989-cu il təvəllüdlü iki gəncin meyiti aşkarlanıb.

Eyni zamanda müxtəlif dərəcəli bədən xəsarəti almış 6 nəfər Vanadzor Şəhər Xəstəxanasına gətirilib. Onlardan biri – 1994-cü il təvəllüdlü gənc xəstəxanaya gətirilərkən yolda ölüb.

Sozcu.az